Tədbirlər

“Tarix yazan qəhrəmanlar” layihəsi sona çatdı-Fotolar

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “İrs Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət edən “Tarix yazan qəhrəmanlar” layihəsi həyata keçirilib. Bir neçə gün davam edən layihə Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran şəhərlərində icra olunaraq Vətən müharibəsi iştirakçıları eyni zamanda qazilərlə gənclərin görüşü təşkil olunubdur. Layihəyə ümumilikdə 15-ə yaxın qazi və 150 nəfərə yaxın gənc cəlb olunmuşdur.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə layihənin yaxın gələcəkdə ölkənin digər bölgə və şəhərlərində də, həyata keçirilməsi gözlənilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir