Tədbirlər

“Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” ictimaiyyətə təqdim olundu

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində fərdi kateqoriya üzrə qaıib olmuş Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb litseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızının rəhbəri olduğu “Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx” layihəsinin icra planına əsasən 14.02.2021-ci il 11:00 tarixdə sosial çarxın növbəti təqdimatı keçirilmişdir. Təqdimat “Zoom” proqramı ilə Samux rayonu Qarayeri Qəsəbə 2 saylı tam orta məktəb və Alabaşlı Qəsəbə tam orta məktəbin müəllim və şagird kollektivinə təqdim olunmuşdur.
Tədbiri giriş sözu ilə layihənin rəhbəri Əmiraslanova Gülnarə çıxış edərək tədbir iştirakçılarını salamlamışdır. Daha sonra layihənin mahiyyəti və məqsədi haqda tədbir iştirakçılarına izah vermişdir. Sonra çıxış Samux rayonu Qarayeri qəsəbəsi 1 saylı məktəb-litseyin direktoru Bəsti Mahmudovaya verilmişdir. O bildirmişdir ki, hərbi vətənpərbərlik ruhunda şagirdləri yetişdirmək müəllimlərin qarşısında duran ən ümdə vəzifələrdəndir. Daha sonra layihənin eksperti hüquqşunas Sərxan Sadıxov layihə haqda fikirlərini bildirərək, gələcəkdə də belə layihələrin keçirilməsinə ehtiyyac olduğunu bildirmişdir.
Qarayeri qəsəbə 2 saylı tam orta məktəbin direktor müavini Nurlana Kazımova çıxış edərək bildirmişdir ki, şagirdlərin vətənpərvər ruhda yetişməsi onlarla mütamadi olaraq bu haqda profilaktiki söhbətlər aparılır.
Tədbir iştitakçılarına “Hərbi Vətənpərvərlik mövzusunda sosial çarx nümayiş olunmuşdur “ və sonda layihə rəhbəri Əmiraslanova Gülnarə iştiraçılarda maraq doğuran sualları cavablandıraraq belə layihələrdə çalışmaq şərəfli olduğunu bildirmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir