Tədbirlər

Dünyanın ən məşhur virtual yarışlarından biri yenidən Azərbaycanda

Sharing is caring!

“Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiberidman Federasiyasıyla birlikdə Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyilə kompyuter oyunları üzrə XIV Milli “Counter-Strike: Global Offensive” Çempionatı keçiriləcək.

Dünyanın ən məşhur virtual döyüş növü olan “Counter-Strike: Global Offensive” (CS:GO) oyunu üzrə yarışda 24 komanda mübarizə aparacaq. Turnir fevralın 1-də start götürəcək və 15 gün davam edəcək.

Yarışın mükafat fondu 1750 AZN təşkil edir. Turnirin qalibi 1000 manat, ikinci və üçüncü yerin sahibi müvafiq olaraq 500 və 250  manat qazanacaq.

Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin məşhurluğu bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir