Tədbirlər

Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbətidəfə Prezident seçilməsinin 1 illiyi münasibətilə ağacəkmə aksiyası keçirildi

Aprelayının 11-də EkologiyavəTəbii Sərvətlər Nazirliyi,  Nəsimi rayon İcra Hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsredilmiş ağacəkmə aksiyası keçirildi. Aksiyada Nəsimi rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Könüllülər,  Bakı Slavyan Universitetində təhsilalan tələbələr, o cümlədən əcnəbi tələbələr yaxından iştirak etmişlər. Gənclər bayram əhval-ruhiyyəsi ilə vətənpərvərlik mahnıları oxuyaraq, birlikdə rəqslər etdilər.

Sonda bu əlamətdar günlə bağlı gənclər xatirə şəkilləri çəkdirdilər.