Tədbirlər

Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat, xidmət sahələrinin və mənzil-tikinti koperativlərinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə, çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və rayon ərazisindəki mənzil-tikinti koperativlərinə məxsus çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.

XəbərAl.az bildiriki, Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirdi.

Qeyd olundu ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.

Bildirildi ki, rayonun sanitar-təmizlik vəziyyəti, rayon ərazisindəki parklarda, mövcud yaşıllıqlarda sanitar-təmizlik işləri, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılması daim ciddi nəzarətdə saxlanılmalıdır.

Əhalinin sıx yaşadığı çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olundu.

Müşavirədə rayon ərazisindəki MTK-lara məxsus binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması barədə MTK rəhbərlərinə müvafiq tövsiyyələr verildi

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir