Tədbirlər

“Azərbaycanı bizimlə kəşf et” adlı təlim keçirilib.

Sharing is caring!

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Baku Travel Turizm Şirkəti ilə imzaladığı əməkdaşlıq haqqında memorandumun tədbirlər planına əsasən “Azərbaycanı bizimlə kəşf et” adlı təlim keçirilib.

 

XəbərAl.az xəbər verirki, təlimi açıq elan edən PXTİB-nin icraçı direktoru Leyla Rəhimova Mərkəz haqqında təlim iştirakçılarına geniş məlumat verib və turizm şirkəti ilə həyata keçiriləcək digər layihələr haqqında danışıb. Daha sonra təlimçi, şirkətin direktoru Əziz Şiriyev mövzu haqqında gənclərə geniş məlumat verib, daxili və xarici turizm mövzsunda ətraflı təlim aparıb. Təlimçi bildirib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təlim zamanı gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir