UNEC ilə “Loqos” arasında imzalanan memarandum əsasında tədbirlər planının müzakirəsi ilə bağlı UNEC İnklüziv Təhsil Mərkəzinin heyəti “Loqos” – da olublar. XəbərAl.az xəbər verir ki,Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Rəhimova nümayəndə heyətini Mərkəzlə tanış edib və ətraflı məlumat veribdir. Daha sonra “Loqos” un təsisçisi Təranə Məmmədovanın rəhbərliyi ilə görüş baş tutubdur. Görüşü açıq elan edən T.Məmmədova bildirib ki, UNEC –lə başlanan əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olacaq və 2020-ci ildə tərəflər birgə maraqlı layihələr icra edəcəklər. UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova Mərkəzlə tanışlıqdan məmnun olduğunu bildirib və qeyd edib ki, UNEC-də təhsil alan əlilliyi və sağlamlıq imkanları məhdud olan tələbələrin cəmiyyətdə sosial – psixoloji hazırlığını “Loqos” la birgə etmək UNEC üçün əhəmyyətli fayda verəcəkdir. Sonra hər iki tərəfin komandası birgə tədbirlər planını müzakirə ediblər.
Oxşar Xəbərlər
Ramanada gənc kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb
Bakının Sabunçu rayonunda gənc oğlan kanalizasiya qovşağına yıxılaraq xəsarət alıb. “Report”un məlumatına görə, rayonun Ramana qəsəbəsində 1997-ci il təvəllüdlü Bayramov Kənan Zeynal oğlu ehtiyatsızlıqdan qapağı olmayan kanalizasiya qovşağına yıxılıb. O, xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
Fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq. XəbərAl.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək.
Ərdoğanla Tokayevin görüşündə “Turan” mesajı – VIDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Astanada keçirilən birgə mətbuat konfransında maraqlı məqam yaşanıb. Belə ki, konfransda Tokayevin masasındakı su şüşəsinin üzərində “Turan” yazısı diqqəti cəlb edib. İzləyicilər sosial mediada yayılan görüntülərin siyasi mesaj ifadə etdiyi qeyd ediblər. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az