Təhsil

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci haqqında yazilanların heç bir əsası yoxdur

Sharing is caring!

Son günlər müxtəlif xəbər saytlarında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci və kollecin direktoru filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov haqqında heç bir əsası olmayan yazılar dərc olunmaqdadır.

Əgər jurnalsitikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. 

Sosial şəbəkədə antimilli qüvvələr bir neçə iş adamının nümunəvi fəaliyyətinə kölgə salmaq niyyətinə düşüblər. Belə ki, ömrü boyu Azərbaycan təhsilinə, dövlətə, dövlətçiliyə və xalqa xidmət edən tanınmış elm adamı Barxudar Barxudarovla bağlı qarayaxma kampaniyasına start veriblər. Bu kampaniyanı aparanlar isə öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaranlardan başqası deyil. 

Əvvəla Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə direktor təyin olunduqdan sonra, sözügedən elm ocağında demək olar ki, yüksək səviyyədə canlanma var.

Çünki, Barxudar Barxudarov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə öz evi kimi baxır. Barxudar Barxudarov tələbələrlə özü şəxsən görüşərək mütamadi söhbətlər aparır, onları dinləyir, problemlərin həlli yolunda əlindən gələni əsirgəmir.

Sonda onu qeyd etmək istəyirəm ki,

Amma ki, mənim zənnimcə faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad “görünməyəsiniz.

Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o formada yazı yazılan şəxsin yerində görsünlər…Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.

Necə deyərlər? ” Görünən kəndə nə bələdçı”

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir