Manşetüstü Təhsil

Zərdab Rayon Təhsil Şöbəsinin Müdiri Tutduğu Vəzifədən Azad Edilib

Sharing is caring!

Zərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmrəliyeva tutduğu vəzifədən azad edilib.

XəbərAl.az xəbər verir ki,bu barədə Fakttv.com-a təhsil şöbəsindən məlumat verilib. Bildirilib ki,Lalə Əmraliyevanın işdən çıxarılması ilə bağlı qərar günün ikinci yarısında verilib.

Digər bir məlumata əsasən o, öz istəyi ilə işdən azad olunub.

Qeyd edək ki, Lalə Əmraliyeva  2016-cı ildən Zərdab rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 30 sentyabr 2009-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir