Tədbirlər

Şəhid Zaur İsmayılzadənin adına bulağın açılışı oldu – Fotolar

Sharing is caring!

Müasir Müsavat Partiyasının Sabunçu rayonu Qadınlar Təşkilatının sədrinin şəhid oğlunun adına bulaq açıldı və anaım günü tədbiri keçirildi.

Şəhid Zaur Nizami oğlu İsmayılzadənin adına Lənkəran şəhərində bulaq açıldı. Bununla bağlı tədbir keçirildi. Tədbiri İcra başçısı Taleh Qaraşov açdı. Sonra şəhid analarından bir neçəsi çıxışlar etdi. Şəhid anası Sevil xanım da çıxış etdi və gələn qonaqlara təşəkkür etdi.

Tədbirdə Müasir Müsavat Partiyasının Lənkəran rayonunun təşkilatının sədri və üzvləri də iştirak etdilər. Şəhid anasını bu gündə tək qoymayan partiya üzvləri öz çıxışlarında hər zaman şəhid ailələrinin yanında olduqlarını diqqətə çatdırdılar.

Xatırlatma: İsmayılzadə Zaur Nizami oğlu 29.07. 1995 ilde Lənkəran rayonu İsdisu qəsəbəsində anadan olub. Valideynləri hərbiçi olduğu üçün Zaur 2001-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində Vüqar Mürsəlov adına tam orta məktəb gedib. 2012-ci ildə də həmin məktəbi bitirib.

2013—2017-ci illərdə də Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarda hərbi xidmətdə olub. Zaur İsmayılzadə Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsində də iştirak edən Zaur İsmayılzadə Füzuli uğrunda gedən döyüşlər uğrunda şəhid olub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir