Tədbirlər

Lerik rayonunda Heydər Əliyev Mərkəzində Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirildi.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 2022-ci il iyulun 22-də Heydər Əliyev Mərkəzində Milli Mətbuatın 147 illiyi ilə əlaqədar tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirdi ki, 147 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev qonaqları salamlayaraq bildirib ki,Bu gün 147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı, Tarixinin bütün mərhələlərində öz mütərəqqi ənənələrini formalaşdırıb, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.
Tədbirdə “Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürov, təhsil işçisi Hüseynbala Əliyev, şəhid atası, şair-publisist Mükafat Yaqubov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, qocaman jurnalist Abdulla Tahirov və digərləri çıxış edərək Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırdılar, cəmiyyət həyatında mətbuatın önəmli rolundan, ölkəmizdə medianın inkişafı naminə görülən işlərdən danışdılar, rayon icra hakimiyyəti tərəfindən mətbuat işçiləri, qələm adamları ilə görüşlərin mütəmadi olaraq təşkil olunmasını yüksək qiymətləndirdiklərini bildirdilər.
Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmiş “Lerik” qəzetinin redaktoru, Əməkdar jurnalist İdris Şükürova və “Lerik” qəzeti ilə geniş əməkdaşlıq edən mətbuat işçilərinə fəxri fərmanlar təqdim edildi.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir