Tədbirlər

Azərbaycanın alınmaz qalası olan “Şuşaya sahib çıxaq” adlı tədbir keçirilmişdir – FOTOLAR

Sharing is caring!

Bakının Yasamal rayonunun ərazisində fəaliyyət göstərən İran muhacirlər təşkilatında Dunya ana və uşaqlar ictimai birliyinin sədri  Dünyaxanım Əliyevanın, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək içtimai birliyinin prezidenti ,tanınmış politoloq Tofiq Əlizadənin və” İran Mühacirlər Cəmiyyəti ” içtimai birliyinin sədri İbrahimi Firidunun təşkilatçılıgı ilə Azərbaycanın alınmaz qalası olan Şuşanın erməni – rus quldurları tərəfindən işgal olunması ilə baglı anım tədbiri keçirilmişdir .
Tədbirdə ilk sözu”İran Müacirlər Cəmiyyəti” içtimai birliyinin sədri  Firidun İbrahimiə verildi.  O birlik haqda ətraflı məlumat verdi. Natiq sözünə davam edərək Qarabagın üzük qaşı olan qədim Şüşamızın 27 ildən çoxdur ki erməni işgalçıları tərəfindən zəbt edildiyini ürək agrısı ilə bildirdi , türk dünyasını birliyə, torpaqlarımızı yadı taptagından azad etməyə çagırdı .Tədbirin təşkilatçısı Dünyaxanım Əliyeva  qonaqları , müharibə əlillərini və media nümayəndələrini salamladı və ərazi bütövlüyümüzün qorunması ugrunda canlarıni fəda etmiş cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edidi .
Dünyaxanım Əliyeva çıxışında xüsusilə qeyd etdi ki, Qarabag müharibəsində xalqımız nə qədər şəhid vermişdır, indi də əsirlikdə soydaşlarımız əzab və istirablar çəkirsə, televiziyalarımızda şou proqramları göstərilirsə, bu çox utandırıcıdır . Ermənilərin məkrli siyasətini pislədi və media nümayəndərindən, siyasətçilərdən daha çevik təbligat apararaq Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal olmalarını arzuladi.
Politoloq, vətənpərvər ziyali Tofiq Əlizadə ermənilərin iç üzünü açan faktları tədbir iştirakçılarına çatdırdı .
Üc qardaşı ilə birlikdə Qarabag müharibəsində ön çəbhələrdə vuruşan , bir polis qardaşı müharibədən aldıgı zərbədən, atəşkəsdən sonra müalicə olunsa da səngərlərdə böyrəklərini çürüdən və həkimlərin naşılıgından dünyasıni dəyişən və iki qardaş əlil olmuş şair – publisist Rauf İlyasoglu Qarabag müharibəsində uduzmagımzın səbəblərindən danışdı .O bildirdi ki, igid sərkərdə Mikayıl Gözəlovun qətlə yetirilməsi Şuşanın bel sütununu qırdı . Mikayil Gözəlov iki saat ərzində Şuşa – Laçın yolunu quldurlardan təmizləmişdi .
Agdam Dagliq Qarabagı silahla təmin edirdi .
Eldar və Allahverdi Bagırovları, Ramiz Qənbərovu,
Əlyar Əliyevi və necə necə igid ogullari aradan götürməklə satqın qüvvələr öz məqsədlərinə çatdılar . Rayonlarımiz başsız qaldı. Vahid komandanlıq olmadı. Nəticədə silahlanmis yarı erməni yarı rus ordusu torpaqlarımızı işgal etdilər . İgid ogullarımız son güllələrinə qədər döyüşərək şəhid oldular .
Tədbirdə Azərbaycanın əməkdar jurnalisti Rəhim Hüseynzadə İMC-nin Qadınlar təşkilatının sədri Mominat Puhən, cəmiyyətin üzvü Həsən Cəbrayılov, Qarabag müharibəsi veteranları Güləli Fərziyev, Mərdan Şahiyev, pilot Bayram Mustafayev, şair Taryel Ümid və başqlaları vətənpərvər ruhda çıxış etdilər . Tədbirin sonunda Dünyaxanım Əliyeva hər kəsi ayiq sayiq olmaga , işgal olunmuş torpagımizın azadlıgı naminə xalqımızı birliyə çagırdı

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir