Tədbirlər

Nəsimi rayonunda yerləşən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi Türkiyədə keçiriləcək Beynəlxalq Festivala hazırlaşır

Sharing is caring!

Nəsimi rayon İcra Hakimiyyətində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.

 

 

XəbərAl.az xəbər verirki, Mərkəz 18-26 aprel 2019-cu il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq İstanbul Ataşəhər Uşaq Festivalında iştirak etmək üçün hazırlaşır. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycanı Türkiyədə təmsil edəcək Mərkəzin kollektivinə uğurlar arzulamışdır. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti kollektiv və valideynlər adından Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişdi. Yolasalma mərasimində Azərbaycanı qardaş ölkədə təmsil edəcək uşaqlar çıxış edərək, onlara göstərilən bu ehtimadı doğruldacaqlarına söz verdilər. Daha sonra Mərkəzin rəqs kollektivi öz rəngarəng rəqsləri ilə bütün tədbir iştirakçılarının rəğbətini qazandı.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir