Tədbirlər

“Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi Şamaxı rayonunda “Zəfər Günü” ilə bağlı möhtəşəm tədbir keçirdi – FOTOLAR

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Azərbaycan “Qadınlarının Haqlarını Müdafiə Mərkəzi ” İctimai Birliyi Şamaxı rayonunda “Uşaq hüquqları aylığı” “Zəfər Günü” ilə bağlı maraqlı tədbir keçirib.

Tədbir ilk öncə Azərbaycan dövlət himini və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Reabilitasiya mərkəzinin əməkdaşları, uşaqlar, valideynlər,Şəhid ailələri,qazilərimiz iştirak ediblər.
Tədbirdə qonaqlara uşaq hüquqları haqqında məlumatlar verilib. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə maraqlı çıxışlar və bədi kompazisiyalar səsləndiriblər.

Tədbiri ilk çıxış sözü ilə açan Azərbaycan “Qadınlarının Haqlarını Müdafiə Mərkəzi ” İctimai Birliyi Şamaxı rayonunda kordinatoru Vahid İsmayılov daima Şəhid ailələri, Qarabağ qazilərini diqqət də saxladıqlarını nəzərə çatdırdı.

Zəfər gününə həsr olunmuş tədbirdə, Şəhid valideynləri, Qarabağ Qaziləri, Azərbaycan “Qadınlarının Haqlarını Müdafiə Mərkəzi ” İctimai Birliyinin pedaqoqu jurnalist Mirismayıl Xələfli, tədbirin Fəxri qonağı “Mərhəmət” kimsəsizlərə yardım ictimai birliyinin sədri İradə Polad çıxış edərək, prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək, 44 günlük müharibə də Azərbaycan ordusunun əzimkarlğını xüsusi ilə qeyd ediblər.

Sonda xatirə fotosu çəkilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir