Tədbirlər

Azərbaycan ailəsi və milli dəyərlər

Sharing is caring!

Ailəni kiçik dövlətə bənzətmək olar . Ailənin öz qanunları, adəti, ənənəsi, yaşam tərzi var. Mövcud cəmiyyətdə ailələrdən formalaşır. Dünyada mövcud olan ailələrdən Azərbaycan ailəsi özünəməxsusluğu yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir.

 Hər bir ailədə valideynlərin rolu böyükdür. Əslində, iki insanın qurduğu yuva möhkəm dayaqlar üzərində qurulmalıdır. Dayaqların möhkəm olmaması hansı fəsadların baş verəcəyini göz önündə canlandırır. Dayaqlar mohkəmliyi ailəni bir birinə bağlayan ata və anadan aslıdır. Azərbaycan mentall dəyərləri üçün ailə xüsusi məna kəsb edir. Azərbaycan mövcud cəmiyyətin həyatında ailənin, xüsusən də anaların rolu böyükdür. Bu da səbəbsiz deyildir. Çünki hər bir qadının ən müqəddəs vəzifəsi analıq şərəfini qazanmaqdır, ailənin şah obrazı anadır. Müqədəs varlıq sayılan ana vətənlə bərabər dəyərləndirilir. Cəmiyyətimizdə İnsanlığın şərəfi, ucalığı sayılan ana hər bir dəyərdən ucadır.

Aliliyin ucalığında dayanan qadınlıq zirvədirsə, analıq onun tacıdır, şərəfi, ləyaqəti, dəyəridir. Buna görə ailə dəyərlərini qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Nümunəvi qadın olmaq və cəmiyyətə, el-obaya bütün ürəyi, şəfqət hissləri ilə xidmət etmək, həm də ana olub uşaqlarının başında olmaq, onlara verdiyin tərbiyə ilə xalqına xidmətlə ucalan insanlar yetişdirmək bir qadının taleyində ən böyük nemətdir, nailiyyətdir.

Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi və s. hallar həm ailənin cəmiyyətdəki yerini, həm də cəmiyyətin ailədəki rolunu düzgün formalaşdırır.

Nəticə olaraq qeyd edək ki, biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə yüksək dəyər vermişik. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, oradakı əsas qüvvə yəni ata və ana bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir.

Ailənin yaranma tarixi  çox qədim zamana malikdir. Yarandığı zamandan bu günədək  də əsas prinsipi gələcək üçün öz cavabdehliyini dərk edən, əxlaqi dəyərləri üstün tutan insan yetişdirməkdir. Eyni zamanda yetişdirdikləri insanı cəmiyyət tərəfindən qəbul edilməyən qeyri-əxlaqi davranışlardan çəkindirmək ailənin əsas prinsipidir. Hər birimiz bu ən-ənənin yaşaması üçün məsuliyyətimizi bilməliyik. 

44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsi Azərbaycan cəmiyyətinin vətən ugrunda dəmir yumruq kimi birləşməsi bir daha sübut etdiki cəmiyyətimizdə ana vətən uğrunda birləşməyə hazır olan milli və mənəvi dəyərləri yüksək olan ailə insitutu var

Müqəddəs vətənimizi və ailəmizi qoruyaq!

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi

  • Qeyd:  Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir. .

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir