Manşetüstü Şou-Biznes

“Görür ki, tək pul vermirlər, deyir qrup şəklində…” – Anardan SƏRT AÇIQLAMA – FOTO

“Həmişə istəyir öndə çəkilsin. Üstəlik də toya gedəndə görür tək ona pul vermirlər, deyir ki, “Yox, qrup şəklində də gələ bilərəm”. Ya qrupdan çıx, ya qrupun adını çəkmə”.

“Hər şey daxil”in efirində prodüser Anar Mədətov müğənni Ceyhun Qala barəsində etdiyi bu açıqlaması ilə növbəti qalmaqalın əsasın qoyub.

Aparıcı Tarix Əliyev (Tolik) prodüserə “Kimi demək istəyirsən ki?” sualı ilə müraciət edib. Anar Mədətov Ceyhun Qalanı nəzərdə tutduğunu diqqətə çatdırıb.

Tolik Anarın bu fikri ilə razı olmadığını bildirib:

“Ceyhun tək toylara gedird ə. İndi ki, tək gedir toylara. Mən o günü ona toy verdim”.

Anar Mədətov gənc müğənni barədə həmin fikrində qalıb:

“Yox, “Qala” kimi gedir toya. Ceyhun tək gedəndə də fikir vermişəm də mən ona, özünü qabağa verir, “Qala”nın loqosun saxlayır. O ad var ha “Qala”, “Şeron”, o onlara kömək olur”. (milli.az)
"Görür ki, tək pul vermirlər, deyir qrup şəklində..." - Anardan SƏRT AÇIQLAMA - FOTO