Şou-Biznes

Afət Fərmanqızı : Flora Kərimovanı idarə edən sayt baş redaktoru Ülkər Qasımovadır

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Artıq bir müddətdir ki, xalq artisti Flora Kərimov ilə müğənni Afət Fərmanqızı arasında soyuq münasibətlər yaşanır. Qalmaqal məhkəmə çəkişmələrinə kimi gəlib çıxıb. Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət xalq artisti Flora Kərimova tərəfindən verilib.

Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib: “Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək”.

Məsələylə bağlı müğənni Afət Fərmanqızı ilə əlaqə saxladıq. O “Hurriyyet.az”a bildirib ki, Flora Kərimovanın əlində heç bir əsas olmaya-olmaya onu məhkəməyə verib:

“O mənə şər atıbdır. Bir jurnalist deyə bilməz ki, mən ad çəkərək kiminsə ünvanına söz demişəm. Anam da deyil, hətta nənəm yaşda qadındır. Mən onaa heç bir söz deməmişəm. Özü mənim ünvanıma çox pis sözlər deyir. İstəmirəm saytlarda o cür başlıqlar qoyularaq düşmənlərim sevinsin. O məni məhkəməyə verəndə özüm də şoka düşdüm ki, görəsən bu məndən nə istəyir…Deyilənə görə, belə şeyləri xoşlayır. Həyatda onu görməmişəm. Məhkəmə işləri ilə vəkilim məşğul olur. Yaşı 80-i keçib, düşüb qapı-qapı məhkəmələrə gedir. Əlində isə heç bir əsası və sübutu yoxdur. Çox gülməli bir məsələdir. O vaxtları mənə dediyi təhqirlərinə görə, onu məhkəməyə vermişdim. Sonra aparıcı Mətanətin xahişi ilə ərizəmi geri götürdüm. O bildirir ki, “Mən Afətin Nəsiminin qəzəlinə oxuduğu mahnıya irad bildirmişəm, Afət də məni təhqir edib”. Bir fakt göstərin ki, mən ad çəkmişəm…Bəs o hardan bilir ki, mən onu deyirəm?…”.

Afət Fərmanqızı bəzi məsələlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, bütün baş verənlər Flora Kərimovanın fikri deyil. Müğənni qeyd edib ki, Flora Kərimovanı idarə edənlər saytın baş redaktoru Ülkər Qasımova və saytın təsisçisi olan xanımdır:

“Onun arxasında “sənin arxandayam” deyənlər var. Ona deyirlər ki, get Afəti məhkəməyə gətirt. Hələ ki, mənim vaxtım yoxdur. Başım qarışıqdır. Əslində, mən də onu məhkəməyə vermişəm. Görürəm ki, onun məhkəmələrdən xoşu gəlir. Boş adamdır, xoşu gələn yerlərə tez-tez getsin. Mən Nəsiminin musiqisini oxuyandan sonra tənqidə başladı. Mən isə tənqidinə təşəkkür etdim. Bunun arxasında duranlar var. Bu söhbətlətin başlanğıcı üç il öncəyə gedib çıxır. Onun işini aparan və səhifəsinə baxan qız bir saytda baş redaktordur. O saytın da yaradıcısı iş xanımıdır. Həmin iş xanımı da mənimlə prinsip aparır. Mən elə fikirləşirəm ki, bu Flora xanımın fikri deyil. Sadəcə ona deyirlər ki, belə et o da edir. Bunlar bir komandadırlar. Sözügedən sayt news24.az saytıdır. Mənim haqqımda və mənə qarşı yazılar yayımlanır. O saytda bütün günü Flora Kərimovanı tərifləyirlər. Niyə mənim etdiyim köməkliklərdən yazmırsız?…Niyə yalandan yazırsız ki, Afəti efirə buraxmırlar?…Mən heç kimə puluna görə yaltaqlanmaram. Düzəmsə demək ki, düzəm. Ölkə qanunlarla idarə olunur. Cəngəllik qanunları ilə idarə olunmur. Saytı idarə edən Ülkər Qasımova Flora Kərimovanın da səhifəsini idarə edir. Eyni zamanda saytın yaradıcısının sağ əlidir. Ülkər və Flora bir komandadırlar. Bunların başında duran da özünü “biznes ledi”  hesab edir. Səhifəsində də bütün günü özünü təriflədir. Flora Kərimova mənimlə gündəmə gəlmək istəyir. Belə məsələlər onun xoşuna gəlir. Mən saytın başında duran şəxsə demək istəyirəm ki, sənin mənimləm problemin  nədir?…Onlar elə bildi ki, bu kimi şeylər mənə qarşı olacaq. Əksinə bizim xalq həmişə mənə dəstək olub. O qədər dəyərli şəxsiyyətlərimiz var. Onlar məni tənqid etsin də…Niyə anacaq sizin ətrafınız məni tənqid edir?…”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir