Şou-Biznes

Vasif Məhərrəmli: “Mən üstün təbəqənin toylarında iştirak edirəm“

Sharing is caring!

“Toylarda hər şey qaydasındadır, məhdudiyyətlərə riayət edilir. Məclisdə 151-ci stul olmur. Mən özüm olduğum məclislərdən danışıram”.

Bu sözləri  Əməkdar artist Vasif Məhərrəmli deyib:

“Kifayət qədər üstün təbəqənin toylarında iştirak edirəm. İnandırım sizi, nazir, nazir müavini, yüksək ranqlı məmurların toyunda da bu qaydalara ciddi əməl olunur. Qanun hamı üçün qanundur. Amma qulağımıza çatan bəzi məlumatlar var ki, guya bəzi yerlərdə 300-500 nəfərlə toy edənlər var. Bəlkə də ola bilər. Şəxsən mənim rastıma çıxmayıb. Mənim məclislərimdə belə hallar olmur, onsuz bu aylarda çox toy olmur. Yanvar, fevral ayında Bakı şəhərində heç vaxt toy olmayıb”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir