Şou-Biznes

Nura qəzaya düşən oğlundan yazdı

Sharing is caring!

“15 gün əvvəl oğlum qəzaya düşəndə ətrafımdan beş-altı nəfər bilirdi. Belə xəbəri çox insanla bölüşmək istəmirdim”.

“XəbərAl.az” xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi oğlu Xosrovun Kaliforniyada qəzaya düşməsindən sonra çətin günlər keçirdiyini bildirib.

“Problemim olanda çalışıram ki, bölüşməyim. Hətta valideynlərimi də belə xəbərlərdən qoruyuram. Hər şeyi onlara 4 gün sonra demişdim. Yazdığım statuslara görə nədənsə bəzi insanlar narahat olur. Amma mən heç vaxt özümə görə yazmıram. İnsanları, ədaləti düşünərək yazıb işıqlandırıram. Bacardığım qədər, hətta imkanım xaricində insanlara yardım etmişəm həmişə, edirəm də. Bunu işıqlandırmıram, reklam etmirəm ki, baxın, filankəsə bunu etdim. 

Hazırda oğlum ayaq üstədir. Çıxıb gəzirik, həkimə gedib-gəlirik, yeməyə gedirik. Hər şey yolundadır. Dünəndən telefonum susmur. Hamı yazır, zəng edir, maraqlanır. Hər birinizə təşəkkür edirəm.

Bu gün sənət dostlarımdan isə Röyanın (Xalq artisti Röya Ayxan- red.) yeri ən yüksək pillədədir. Heç vaxt yaxın dost olmamışıq, amma yaxın bildiklərimdən doğmalıq etdi. Çox mərdlik etdi. Özü hamıdan əvvəl xəbər tutmuşdu. Burda uzun-uzadı yazmaq istəmirəm. Elə şeylər var ki, onu az adam bilsə, yaxşıdır, yaxşını da, pisi də. İnsanları tanıdım və nə yaxşı ki, hər kəsin münasibətini görüb bildim”.

Qeyd edək ki, ifaçının oğlu San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir