Şou-Biznes

Pandemiyada Cecelidən sonra Alişan da gəlir

Sharing is caring!

Bir neçə həftədir Türkiyənin məşhur müğənniləri Bakıda konsert proqramı ilə çıxış edir.

“XəbərAl.az” xəbər verir ki, müxtəlif restoranlarda Sərdar Ortaç, Mustafa Ceceli, İlyas Yalçıntaş və başqaları səhnəyə çıxıblar.

Paytaxtın növbəti qonağı isə ifaçı Alişan olacaq.

Bu məqamda qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.

Bildirək ki, sonuncu dəfə Mustafa Ceceli konsertində karantin qaydalarının kobud şəkildə pozulması halı Alişanın konsertində də istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir