Şou-Biznes

Ağadadaş Ağayev vəfat edib? — AÇIQLAMA

Sharing is caring!

Ötən gecə əməkdar artist Ağadadaş Ağayevin ölüm xəbəri yayılıb.

Hacı Nuran bu xəbərlərdən sonra Türkiyədə müalicə alan sənətçini ziyarətə gedib. O, sosial media hesabında Ağadadaş Ağayevlə fotolarını paylaşıb və sənətçinin vəziyyətinin yaxşı olduğunu yazıb:

“İnsanın hissləri ilə oynamaq olmaz… Reytinq naminə kiminsə milyonlarla pərəstişkarını, ailəsini üzmək olmaz. Bir çox saytlar Ağadadaş Ağayevin ölüm xəbərini tirajlayır. Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm.

Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Narahatlığa heç bir əsas yoxdu”.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir