Şou-Biznes

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Sharing is caring!

Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Niyaməddin Musayevin səhhəti qaydasına düşür. 

“XəbərAl.az” xəbər verir ki, beş gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan müğənni evə buraxılıb. 81 yaşlı sənətçi özünütəcridə mənzilində davam edəcək. 

N. Musayev səhhəti barədə sosial şəbəkədə açıqlama yayaraq hər şeyin qaydasında olduğunu qeyd edib: “Bilirəm ki, mənə görə nigaran qalmısız. Şükürlər olsun, həkimlərin sayəsində hər şey yaxşıdır. Yazdığınız hər bir gözəl söz, etdiyiniz dualar mənim üçün dəyərlidir”. 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir