Şou-Biznes

“Dünyanın ƏN SEKSİ İCRA BAŞÇISI olardım” — Müğənni Afaq Aslan-Fotolar

Sharing is caring!

Xəbər verdiyimiz kimi bu gun müğənni Afaq Aslanın icra başçısı olmaq eşqinə düşdüyü haqqında xəbərlər yayılıb.

XəbərAl.az verir ki, sosial mediada yayılan xəbərdə Afaq Aslanın icra başçısı olmaq iddiaları öz əksini tapıb. Belə ki, müğənni ötən günlərdə vəzifəsindən azad edilən icra başçısı haqqında bir neçə fikir səsləndirib.
Bu fikirlərin ardından isə özü əgər icra başçısı seçilərsə görəcəyi işlərdən danışıb:
“Gərək xalqa kişi kimi xidmət edəsən. Rüşvət alan icra başçılarını düz edib cəzalandırıblar. Qanun qarşısında hamı məsuliyyət daşıyır. Əgər məni rayona icra başçısı versələr, həmin rayonu da özüm kimi gözəlləşdirəcəm”. Əməkdaşımiz yayılan xəbərlə baglı mügənni ilə əlaqə yaradıb. O belə bir açiqlama vermədiyini bildirib: “Kimsə mənim dilimdən səhifəsində reytinq toplamaq üçün belə bir məlumat tirajlayib. Təəssüf ki, mən belə bir açıqlama verməmişəm”.
Afaq Aslan həmçinin şəxsi instaqram hesabında hekayə bölməsində belə xəbəri yayanlara da öz münasibətini bildirib: ” Yuxularında məni icra başçısi etmək istəyənlərin Allah yuxuların çin etsin. Arzuları ürəklərində qalmasın”.
Bundan əlavə mügənni instaqramın hekayə bölməsində həmçinin belə bir hal olsa, ən cazibədar icra başçısı olacağını da vurğulayıb:
“Əzizlərim, məndən icra başçısı çıxmaz. Mən icra başçısı olsaydım, dünyanın ən seksi icra başçısı olardım. Ən azından ilk növbədə “Həci” lər və evli kişilər tərəfindən şiddətə məruz qalıb çırpılan, üzü-gözü göyərən, silikonları partlayan və günlərlə efirə çıxa bilməyən, efirə çixanda da qoçuluq edən, başı bədənini idarə edə bilməyən, ona-buna atmaca atmaqla özünü gündəmə gətirməyə çalışan, dəngəsi pozulmuş bir sürü şou-biznes əhlini ikinci dəfədə özüm çırpardım ki, bəlkə olmayan agılları başlarına gələ”./Sonxəbər.az/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir