Şou-Biznes

“Brilliant ancaq oğlanlara dəstək olur“ – Qalmaqal

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Ayan Babakişiyeva bu dəfə Xalq artisti Brilliant Dadaşova haqqında danışıb.

XəbərAl.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Xəbər-Ətər” proqramında qonaq olan Ayan Xalq artistinin ancaq oğlanlara dəstək olduğunu deyib:

“Brilliant Dadaşova hər zaman oğlan ifaçılara dəstək olur… Brilliant Dadaşovadan dəstək istəməmişəm. Hazırda da istəmək fikrim yoxdur. Bu gün hər şey normaldır. Zamanında dəstəyə ehtiyacım olanda yanımda olanların Allah canını sağ etsin”.

Müğənni vaxtilə Aygün Kazımova, Röya Ayxan və Sevda Yəhyayeva kimi sənətçilərin ona dəstək olduğunu aşıqlayıb:

“Aygün Kazımova, Röya Ayxan və Sevda Yəhyayeva vaxtı ilə mənə dəstək olmaq üçün çalışıblar ki, nəsə etsinlər”.

Həmin görüntüləri təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir