Şou-Biznes

Mətanət verilişinin bağlanmasından danışdı: “Türkiyədəyəm…“

Sharing is caring!

Aparıcı Mətanət Əliverdiyevanın “Space” TV-də aparıcılıq etdiyi verilişin dayanma səbəbini açıqlayıb.

XəbərAl.az xəbər verir ki, Mətanət Əliverdiyeva verilişin dekor dəyişikliyinə görə dayandığını bildirib: “Hazırda Türkiyəyə gəlmişəm. “Qız atası” serialının bəzi kadrlarını çəkirik. “Hər səhər Mətanətlə” verilişinin dekoru dəyişdirilir. Təmir işləri martın 1-dək bitsə, həmin tarixdə başlayacağıq.

Əks halda martın 8-də efirə çıxacağıq. Verilişimizi xanımlara həsr edəcəyik. Heç yerə getməmişəm. Dekor köhnə idi, ona görə bəzi dəyişiklər etmək üçün veriliş dayandı. Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişi iki gündür yayımlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir