Şou-Biznes

“Mağaza açıb, şirniyyat satacam” – müğənni Sevda Sanəliyeva

Müğənni Sevda Sanəliyeva “Xəbər-ətər” proqramında qonaq olub.

XəbərAl.az xəbər verir ki, sənətçi şirniyyat evi açmaq istədiyini bildirib:

“Mağaza açmaq istəyirəm. Özüm bişirib, satacağam. Amma içərisində yemək üçün stollar da olsun. Bu ideyamı gerçəkləşdirəcəm. İndi şirniyyat satmıram. Amma bişirəndə sosial şəbəkədə paylaşıram”.

Sevda pandemiya ərəfəsində istirahət etdiyini söyləyib:
“Əvvəl o qədər çalışırdıq ki, sağlamlığımıza fikir vermirdik. Pandemiyada bunun fərqinə vardım. İndi öz qayğıma qalıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir