Şou-Biznes

Elçin onlardan GİLEYLƏNDİ: “Niyə gizlədirsiniz?”

Sharing is caring!

“Yaşlı nəsil həmişə gəncləri tənqid edirdi, bəyənmirdi. “İndiki gənclər elədir” deyib, gileylənirdilər. Hər zaman deyirdim, sosial şəbəkədə və efirdəkiləri görüb danışmayın. İndiki gənclər baxın, bu gün tarix yazanlardır. Şəhidlərin analarının qarşısında baş əyirəm”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Elçin Hüseynov “7 canlı” proqramında qonaq olarkən deyib. Sənətçi Vətən müharibəsində Azərbaycanın qələbəsindən söz açıb.

Bir müddət əvvəl Covid-19-a yoluxan E.Hüseynov xəstəlik ərəfəsində yaşadıqlarını bölüşüb:

“Ailəm də, mən də yoluxduq. Vaxtında üstünə düşmək lazımdır. Virusu keçirənlər gizlədirlər. Bu da qorxuludur. Kiminsə evini oğurlamırsan, virusdur yoluxursan. Müalicə edirsən keçib gedir. Niyə gizlədirsiniz? Evdə müalicə olunduq. 10 gün ərzində dərmanlar bitdi, 14 gündən sonra test cavabı neqativ oldu. Bütün yaxınlarım bu xəstəliyi tutdu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir