Şou-Biznes

Bu mahnı artıq “Xudayar təsnifi” adlanacaq

Xalq artisti Əlibaba Məmmədov şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısı ilə bağlı açıqlama verib.

XəbərAl.az Axşam.az-a istinadən xəbər verir ki, o, müəllifi olduğu mahnının “Xudayar təsnifi” adlandırılmasını bildirib.

“O adam canıyla, qanıyla bizə qulluq edib. Bir təsnif nə olan şeydir. Razıyam, “Xudayar təsnifi” adlandırılsın. Mahnının 60 yaşı var. Allah ona rəhmət etsin, gözəl insandır. Gözəl də oxuyur. Əsgərlikdə elə oxumaq çox gözəldir” deyə, Ə.Məmmədov söyləyib.

Xalq artisti Mənsum İbrahimov da bununla bağlı təbliğat işlərində əlindən gələni edəcəyini söyləyib:

“Əlibaba müəllim bəstələyib. İgid şəhid oxudu, dillərdə dastan oldu. Əlibaba müəllim də dedi, adı olsun “Xudayar təsnifi”. Bundan sonra kim çıxıb oxusa, adı belə gedəcək. İnanıram ki, xalq artıq mahnını elə adlandıracaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir