Şou-Biznes

Fədayə Laçın ən böyük SEVİNCİNDƏN DANIŞDI – VİDEO

Sharing is caring!

“Heç vaxt belə olmamışdım. Azadlığa çıxanda sevinmişdim, amma bu qədər deyildi. Qəribə hisslər yaşayıram”.

XəbərAl.az xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “Bizimləsən” verilişinə virtual qonaq olarkən deyib. Moskvada yaşayan sənətçi proqrama zəng edərək Laçının işğaldan azad olmasından danışıb:

“Rəsmi bilinəndən sonra təbriklərin əlində qaldım. Laçının gəlişi mənə hər şeyi, həyatımı qaytardı. Orada necə xoşbəxt idik. Bakıya gəldik başımıza nələr gəldi. Elə bilirəm ki, Laçına qayıdanda həmin xoşbəxtliyim qayıdacaq. Oradan gələndə 12 yaşım var idi. Yenə oradakı kimi xoşbəxt olacam”. /Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir