Şou-Biznes

“Onu yayan səhifələrə demək istəyirəm ki, utanmırsınız?”

Sharing is caring!

“Pandemiyadan istifadə edərək xeyli lazımsız janrda musiqilər çıxdı. Yeni bir janrdır – “milçək janrı”. İndi onlar hərbi vətənpərvərlik janrına toxunmaq istəyir. Amma olmaz”.

Xəbəral.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov MTV telekanalında yayımlanan “10da görüşək” verilişində qonaq olan zaman deyib.

Sənətçi hər adamın vətənpərvərlik mövzusunda yazmağının əlehinə olduğunu deyib:

“Son zamanlar elə mahnılar eşidirəm ki… Hətta musiqi, onun fonunda lazımsız rəqslər. Belə şeyi yaymaq olmaz! Onu yayan səhifələrə demək istəyirəm ki, utanmırsınız? İstəyirəm ki, həmin insanlar cinayətə cəlb olunsunlar. Onlar hazırda səngərdə döyüşən əsgərləri saymırlar. Demirəm oturub mənim mahnılarıma qulaq assınlar. Sadəcə hər adam bu mövzuya toxuna bilməsin. Etsələr də, məsləhətləşsinlər. Adi vətənpərlik haqqında mahnıya qulaq asıram, elə sözlər olur ki, heç başa düşmürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir