Şou-Biznes

Azərbaycanlı müğənnilər onları aldadan şirkətdən şikayətçi deyillər

Sharing is caring!

Azərbaycanlı müğənnilər Türkiyənin “WediaCorp” şirkətindən şikayətçi deyillər.

Müğənni Şəbnəm Tovuzlu və Nəfəsin piar meneceri Rövşən Səfərov açıqlamasında bildirib ki, məsələ ilə bağlı adı çəkilən hər iki müğənni məlumat vermək istəmir:

“Həmin şirkətə bildirdik ki, 100 min dollardan çox pulu mənimsənildiyi deyilən şirkətdən Şəbnəm Tovuzlu və Nəfəs şikayətçi deyillər. Mənimsənilən bütün pulları da həmin şirkətə tam halallığı ilə bağışlayırlar”.

Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.

Hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər – Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.

Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.

 

“WediaCorp” direktoru Funda Şən məlumatı “Qafqazinfo”ya təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:

“Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir