Şou-Biznes

“Nə Yaxşı Ki, O Rolu Fəxrəddin Oynayıb, O, Həqiqətən Də Bir Zaurdur…”

Sharing is caring!

Türkiyəli aktrisa, “Təhminə” rolunun ifaçısı Meral Konrat  xalq artisti Fəxrəddin Manafovun “Həmin vaxt Meral böyük sevgi yaşayırdı. O, bir kişiyə dəlicəsinə aşiq olmuşdu. Meralın başqa bir kişiyə dəlicəsinə aşiq olması məni özümdən çıxarmışdı. Onu özümə aşiq etməyi elə çox istəyirdim ki” sözlərinə Moderator.az saytı vasitəsilə cavab verib.

“Bəli, belə bir şeylər oldu. Amma mən çəkilişdə sevgiyə yox, işə köklənirəm. Fəxrəddin Manafovu dost olaraq çox sevdim. Çox dəyərlidir, nə yaxşı ki, o rolu Fəxrəddin oynayıb. O həqiqətən də bir Zaurdur” deyə aktrisa cavab verib.
Qeyd edək ki, Meral Konratın geniş müsahibəsini tezliklə Moderator.az-da oxuya biləcəksiniz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir