Şou-Biznes

Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndi

Sharing is caring!

Azərbaycanın Avroviziya-2021 mahnı müsabiqəsində iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən Kult.az-a məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq Avroviziya-2021 mahnı müsabiqəsində ölkəmizi Samirə Əfəndiyeva təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.
Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir