“Çıxış Yolu” verlişində tanınmış aktirisa Nahidə Orucovanın doğum günü qeyd olundu.
“Çıxış Yolu” verlişinn layihə rəhbəri və aparıcısı Nuranə Gülər Respublikanın Əməkdar artisti Nahidə Orucovanınbu günə qədər tamaşalarda oynadığı saysız-hesabsız rollarından, Azərbaycan mədəniyyətinə verdiyi əvəzsiz töhfələrindən danışdı, ona sağlam həyat, yorulmaz iş fəaliyyəti arzuladı.
Verlişin ziyalı qonaqları Nahidə xanımı təbrik etdilər, öz arzularını bildirdilər. Verlişin musiqili qonaqları “Mehriban” rəqs qrupu öz rəqsləri ilə Nahidə xanımı təbrik etdilər.







Yeni yaşınız uğurlu günlərlə zəngin olsun!
Müəllif: Yeganə Telmanqızı
Xəbəral.az