Şou-Biznes

“Üstümdə nəyim var, hamısı orijinaldır” – Əflatun Qubadov

Sharing is caring!

Müğənni Əflatun Qubadov qatıldığı şou-proqramlardan birində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni saçlarını boyayıb-boyamaması barədə suala maraqlı cavab verib.

“Üstümdə nəyim var orijinaldır. Ömründə saçıma boya dəyməyib. 55 yaşıma girmişəm, başımdan nə bir tük düşüb, nə də saçımda ağ tellərim var”, –  müğənni qeyd edib.

O əlavə edib ki, kosmetik prosedurlar edənləri, saçlarını boyadanları qınamır, lakin bunu özünə yaraşdırmır .

“Bəziləri parik taxır, bəziləri saç əkdirir. Kim edirsə özü bilər. Mənə yaraşmaz, mən heç vaxt eləmərəm”, – o vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir