Şou-Biznes

Məşhur müğənni iki ildir cinsi əlaqədə olmur

Sharing is caring!

Rusiyalı müğənni və teleaparıcı Olqa Buzova TNT-də yayımlanan “İradə şousu” verilişində sonuncu dəfə nə zaman cinsi əlaqədə olduğunu deyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, sənətçinin sözlərinə görə, seks onun həyatının əsas komponenti deyil. “Sonuncu dəfə 2021-ci ildə olub. Mənim üçün seks önəmli deyil. Sevgi əsas şeydir. Bütün kişilərim bilirdi ki, mən çox sadiqəm. Mənim üçün lazım deyil. Boksda, idmanda, konsertlərdə stressi aradan qaldırıram”, – Buzova etiraf edib.

Müğənni şəxsi həyatında uğursuzluqların onu niyə təqib etdiyini başa düşmədiyini paylaşıb.

Buzovanın sözlərinə görə, o, bunun üzərində dayanmamağa çalışır və asudə vaxtını yaxınları ilə ünsiyyətə həsr edir. "Sevgi yoxdur. Səbəb? Gücümdən qorxa bilərlər. İki il üç aydır ki, təkəm”, –  teleaparıcı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir