Şou-Biznes

Ceniffer Lopez ərinə ona baxmağı QADAĞAN ETDİ

Sharing is caring!

Amerikalı məşhur aktrisa və müğənni Cennifer Lopez keçmiş əri Mark Entoniyə "Plan B" (2010) filmində iştirakı ilə çəkiliş meydançasında olmağı və seks səhnəsinin çəkilişlərinə baxmağı qadağan etdiyini bildirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi ərinə yazığı gəldiyini və buna görə də həmkarı, avstraliyalı aktyor Aleks OLaflinlə bağlı erotik epizodun yaradılması zamanı iştirak etməməsini bildirib.

“Mən yazıq oğlanı incitmək istəmirdim. Mətbəx masasının üstündə başqa kişini aldatdığım zaman baxmamalıdır. Şəxsən mən sevgi səhnələri çəkməyi heç sevmirəm, çünki onlar məni narahat edir”, – aktrisa etiraf edib.

Ulduz hamiləlikdən sonra bədənindən razı qaldığı üçün kamera qarşısına çılpaq görünməkdən çəkinmədiyini də əlavə edib.

Xatırladaq ki, Lopez və Entoni 2004-cü ildə evləniblər. Müğənninin Emma Meribel və Maksimilian Devid Entoni adlı əkizləri dünyaya gətirdiyi üçüncü evliliyi olub. On il sonra cütlük boşanıb. 2022-ci ildə aktrisa 2002-2004-cü illərdə münasibətdə olduğu amerikalı aktyor Ben Affleklə ailə həyatı qurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir