Şou-Biznes

Əməkdar artist dəbdəbəli mənzilini göstərməkdən imtina etdi – VİDEO

Sharing is caring!

“Ailəmə də, xanımıma da hər zaman yaxşı baxmışam”.

Bu sözləri Əməkdar artist Cavanşir Məmmədov Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin canlı efirinə “Skype” vasitəsi ilə qoşulduğu zaman deyib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı sənətçidən dəbdəbəli evini göstərməsini dönə-dönə rica etsə də, C.Məmmədov onun istəyini ürəyində qoyub.

Əməkdar artist bu sözləri dilə gətirib:

“Evimi göstərmək istəmirəm. Bunun tərəfdarı deyiləm. Bir dənə heç su dükanım da yoxdur. 46 ildə qazandığım tək bu evimdir. Villalara sahib olanların evlərini göstərsəniz daha yaxşı olar, nəinki mənim…Evimi də sənətimlə, alın tərimlə qazanmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir