Şou-Biznes

Təranə – Musa cütlüyü Qubadakı dəbdəbəli villalarını nümayiş etdirdilər – VİDEO

Sharing is caring!

“Biz bir-birimizdən ayrı qalanda darıxırıq”.

Bu sözləri müğənni Musa Musayev həyat yoldaşı və səhnədə duet ortağı Təranə Qumral haqqında Xəzər TV-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqramında deyib.

“Skype” vasitəsilə efirə onlayn bağlanan Musa ilə Təranə cütlüyü karantin günlərini şəhərdə deyil, Qubada yerləşən çoxmərtəbəli villalarında keçirdiklərini bildiriblər:

“Hazırda Qubadakı bu villamızın içi çoxdan təmir olunub, amma həyətimizi təmir edə bilmirik. Bir aya yaxındır ki burada qalırıq. Qubada sakitlikdir. Villamız meşənin içindədir”.

Verilişdə təmtəraqlı bağ evlərindən ağız dolusu danışan T.Qumral evinin dizaynını Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyinin interyeri kimi düzəltdiyini söyləyib:

“Bizi izləyən insanlar evimizə baxıb deyərlər ki, Təranənin zövqü yoxdur. Ermitaj muzeyində olanda oranın interyerini çox bəyəndim. Klassikanı çox sevirəm. Çalışdım ki, bənzərlik olsun”.

Canlı bağlantının sonunda malikənələrinin eyvanına çıxan cütlük karantin bitənə kimi Qubada qalacaqlarını vurğulayıblar:

“Buranın havası çox təmizdir. Bakıda biz bina evində qalırıq, bağ evimiz yoxdur. Ona görə də rayona gəlmişik”.

 

Qeyd edək ki, xalq tərəfindən sevilən cütlük Musa Musayev və Təranə Qumralın Qumral, Sevgim və Fidan adlı üç qız övladı var.