Şou-Biznes

Rusiyalı müğənninin sevgilisi ilə alt geyimindəki şəkli izləyiciləri qəzəbləndirdi – FOTO

Sharing is caring!

Rusiyanın 37 yaşlı pop ulduzu Anna Sedakova sosial media hesabında paylaşdığı açıq-saçıq fotosu ilə mətbuatın gündəmini zəbt edib.

27 yaşlı basketbolçu Yanis Timma ilə münasibətdə olan Anna yarıçılpaq halda hamam otağındakı güzgü önünə keçərək, selfi çəkdirib.

Diqqət çəkən məqam isə Anna ilə bərabər, fotoda Yanisin də alt geyimində olmasıdır.

Cazibədar müğənni alt geyimində güzgü önündə seksual pozlar verib.

Cütlüyün heyrət doğuran fotosu isə sosial media əhli arasında saysız-hesabsız müzakirələrə yol açıb. A.Sedakovanın izləyiciləri ulduzun bu fotosunu qeyri-etik sayıblar. Onlar ikilinin intim həyatını gözlər önünə çıxarmasına qarşı üsyan ediblər.

Tənqidlərlə yanaşı, yazılan təhqirlərlə dolu şərhlərə nə Anna, nə də Yanis əhəmiyyət verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir