Şou-Biznes

“İlk qonorarımı yemişəm” – 7 dildə oxuyan müğənni – FOTO

Sharing is caring!

Yeddi dildə mahnı oxuyan, 6 oktavalıq səs diapazonuna sahib qazaxıstanlı müğənni Dimaş Kudaibergen maraqlı açıqlamalar verib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçı sənəti ilə bağlı bir neçə məqama toxunub.

Dimaş 6 oktavadan ibarət ən nadir səs diapazonunun sahibidir. O, repertuarına daxil olan yeddi dildə – qazax, ingilis, rus, ispan, italyan, fransız və çin dillərində mahnılar ifa edir.

Onun sözlərinə görə, sənətçi kimi yetişməsində ən mühüm rollardan birini ailəsi oynayıb. Hətta müsahibəsində bildirib: “Əsasən, nənəm və babam məni böyüdüb, hər zaman dəstəkləyirlər. Atam və anam yaradıcılıq dünyasında mənim əsas bələdçilərimdir”. 

Dimaş qeyd edib ki, səsinin unikal olması üçün gündəlik məşqlər edir. Onun sözlərinə görə, hər şey imanın gücündən asılıdır:

“Bizim dünyamızda hər şey mümkündür. Hazırda Ceki Çanın filmləri üçün "soundtrack" yazmağa çox həvəsliyəm. Musiqi yazmaq üçün çox vaxt sərf olunur. Amma gələcəkdə bunun üçün hər şey edəcəyəm”.

28 yaşlı ifaçı aldığı ilk qonorarı haqqında da danışıb: “Uşaqlıqda ilk qonorarım "baursak" adlı yemək idi. Bu, çörək şəklində qazaxların milli yeməyidir. Ona görə də ilk qonorarı yemişəm".

Dimaş Kudaibergen səyyah kimi dünya turuna çıxıb. O, 20-dən çox ölkəyə səfər etməyi, xeyli sayda insan tanımağı planlaşdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir