Şou-Biznes

Müğənni Damla Moskvadan qayıda bilmir – VİDEO

Sharing is caring!

Müğənni Damla Moskvadan qayıda bilmir.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Bizimləsən” verilişinə zəng edərək məlumat verib.

O bildirib ki, tədbir üçün Rusiyaya yollanıb, indi isə uçuşlar təxirə salınıb:

“Novruz bayramı ilə bağlı tədbirlərə gəldik. 20-21 mart tarixlərində konsert oldu, sonra özəl dəvətlər var idi. Daha sonra təyyarə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək, ara sakitləşsin. İndi də karantindir, hoteldən belə çıxa bilmirik. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz. Ancaq aptekə və ərzaq almağa düşə bilərik”.

Damla bildirib ki, oğlu və anası Bakıdadır:

“Bilsəydim belə olacaq, tədbirləri təxirə salardım. Hər gün ailəmlə danışıram, deyirəm, heç yerə getməyin. Müvəqqəti sıxıntıdır, qapını bağlayın, oturun evdə”.