Şou-Biznes

“Eurovision 2023” üçün biletlərin qiyməti

Sharing is caring!

Bu il Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək "Eurovision 2023” Mahnı Müsabiqəsi üçün bilet satışının başlayacağı tarix məlum olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bilet satışı martın 7-də başlayacaq. Biletləri www.ticketmaster.co.uk saytından almaq mümkün olacaq.

Mətbuatda yayılan məlumatlara əsasən, izləyicilər doqquz şounun hamısında iştirak edə biləcək. Lakin tamaşaçılar yalnız bir şou üçün bir bilet ala biləcəklər. 

Şounun möhtəşəm finalına biletlərin qiyməti 80-380 funt-sterlinq, (164-775 manat), yarımfinal üçün isə 30-290 funt-sterlinq (62-592 manat) arasında olacaq.

Qeyd edək ki, bu il Azərbaycanı "Eurovision 2023" Mahnı Müsabiqəsində kimin təmsil edəcəyi hələ məlum deyil. 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir