Azərbaycan dilinin Orfoqrafiya Normalarında səmavi kitabların yazılışı da müəyyənləşdirilib. XəbərAl.az xəbər verir ki, səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi […]
Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin olunub. XəbərAl.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsinə namizəd Giorgi Qaxaria bildirib. L.İzoria həmçinin Milli Təhlükəsizlik Şurasına da rəhbərlik edəcək. Qeyd edək ki, DTX-nin sabiq rəisi Vaxtanq Qomelauri bu gün daxili işlər naziri təyin olunub. L.İzoria 2016-cı ilin avqustundan müdafiə naziri vəzifəsini tutub.