Şou-Biznes

Cazibədar model hər kəsi heyrətə saldı: “Uşaq doğub, yemək bişirmək istəyirəm” – FOTO

Sharing is caring!

Məşhur model Gigi Hadid gələcək planları ilə bağlı verdiyi açıqlama ilə pərəstişkarlarını təəccübləndirib.

Gigi Hadid heyrətləndirən fikirlərini “i-D Magazine” nəşrinə müsahibəsi zamanı bildirib.

Hər kəs modelin uzun müddət karyerasını davam etdirməyi planlaşdırdığını düşündüyü halda, o, həyatının fərqli istiqamətdə davam edə biləcəyini qeyd edib.

Təxminən, iki il ayrı qaldığı sevgilisi Zeyn Maliklə yenidən barışan Gigi Hadid verdiyi açıqlama ilə gələcək həyatını moda dünyasından kənarda quracağına işarə vurub.

“Bir gün ailə quracağam. Bilmirəm, hər zaman modelliklə məşğul olacağam? Moda dünyasının yaradıcı tərəfini çox sevirəm. Ətrafımdakı insanlar məni xoşbəxt edir. Bəlkə də bütün gün yemək bişirməklə məşğul olaram”, – deyə Hadib bildirib.

Cazibədar modelin bu sözləri Zeyn Maliklə ailə qurmağa və uşaq sahibi olmağa qərar verməsi kimi şərh olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir