Şou-Biznes

Əməkdar artistdən otel otağında qlamur FOTOSESSİYA

Sharing is caring!

Efirlərdən yan qaçan, 2012-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “When The Music Dies” bəstəsi ilə təmsil edən Əməkdar artist Səbinə Babayeva yeni fotoları ilə gündəmə gəlib.

Sənətçi otel otağında uzun, dəbdəbəli, qara və açıq mavi rəngli libasda kamera önünə keçərək cazibədar pozlar verib.

22 min izləyicisi olan “Instagram” hesabında şəkillərini paylaşan Səbinə “İzləyin, tezliklə bir çox yeni və maraqlı layihələr olacaq. Birinci siyahıda fotosessiya var” – yazıb.

O, izləyicilərini yaxın zamanda yenilikləri ilə sevindirəcəyini bildirib.

Qeyd edək ki, S.Babayeva tanınmış rejissor Cavidan Şərifovla evlidir. Cütlüyün bir oğlu var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir