Şou-Biznes

Nüşabə Baloğlanın muğam oxumasına etiraz edib, verilişi tərk etdi

Sharing is caring!

ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qalmaqallı anlar yaşanıb.

Proqramda qonaq olan Əməkdar artistlər Baloğlan Əşrəfov və Nüşabə Ələsgərli üz-üzə gəliblər.

Verilişin gedişatında B.Əşrəfovdan “Ana” muğamı oxuması istənilib. Bu zaman N.Ələsgərli verilişin aparıcısı şairə Nazilə Səfərliyə etirazını bildirib.

Əməkdar artist “Səhər tezdən “Ana” muğamı vermisiniz, mənim də yaralı yerimdir, ağlamaq da istəmirəm. Mənim əhvalım korlanır, gedim mətbəxdə plovumu yeyim” deyərək studiyanı tərk etmək istəyib.

Bu zaman isə Nazilə Nüşabəyə yaxınlaşaraq “Tamaşaçılar muğam dinləmək istəyir, belə şey olar!? Gəlin, əyləşin” deyərək, sənətçinin proqramdan getməsinin qarşısını alıb.

Daha sonra Baloğlan Əşrəfovun ifasında “Ana” muğamı səslənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir