Şou-Biznes

Tanınmış müğənni infarkt keçirdi: Vəziyyəti…

Sharing is caring!

Bir vaxtlar Türkiyədə populyarlıq qazanan, sonra ölkəni tərk edib xaricdə yaşamağa üstünlük verən müğənni Gökhan Özenin infarkt keçirməsi xəbəri yayılıb.

Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında məlumat yayıb. İfaçı paylaşımında vəziyyətinin normal olduğunu qeyd edib:

"Dünən gecə Los-Ancelesdəki evimdə infarkt keçirdim. Xəstəxanada bir müddət nəzarət altında qalandan sonra evə buraxıldım. Belə bir xəbəri sizinlə paylaşmaq istəməzdim, amma yaxşı və pis günlər var. Bundan sonra müayinələrə davam edib stresdən uza, çox sakit bir həyat yaşamağı planlaşdırıram. Allaha əmanət olun".

Qeyd edək ki, 42 yaşlı Gökhan Özen 2016-cı ildə Selen Sevigenlə boşandıqdan sonra bir müddətdir Amerikaya köçüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir