Şou-Biznes

“Aylıq qazancım ancaq kirayə puluna çatır” – Azərbaycanlı model

Sharing is caring!

"Nazik mətləb" filmində yaratdığı obrazla tanınan, model Rüstəm Cəbrayılov müzakirələrə səbəb olacaq paylaşım edib.

Lent.az xəbər verir ki, uzun müddətdir işsiz olduğunu bildirən aktyor çətin durumda olduğu barədə sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib:

"Ayın sonuna qazancım ancaq kirayə puluna çatır. Bir ildir ki, vətənimdə daimi bir iş tapa bilmirəm. Yəqin ki, birdəfəlik cıxıb getmək məcburiyyətində qalacağam. "Green cart"ım da, Avropa ölkələrinə vizalarım da var. Bu günə qədər film və modellik sahəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə kimi qalar. Gələn il üçün təsdiqləndiyim iki böyük filmdən də imtina edirəm. Onsuz da söhbət pula gələndə kəsib-tökürlər, məcburiyyətdən razılaşıram. Bəlkə gəlsəm, baş rolunu canlandırdığım "Xocalı" ilə bağlı və eyni zamanda 20 Yanvarla bağlı filmimin təqdimatına gələrəm. O da bu küskünlüklə, nə bilim Vallah… Nə "CV"-mə cavab gəldi, nə də ki məktublarıma…".

Bununla bağlı Rüstəm bəylə əlaqə saxlamağa çalışdıq. Model Lent.az-a açıqlamasında dedi ki, o, depressiyadadır: 

"Uzun müddətdir işsizəm. Bu cür paylaşımları çox vaxtı yayımlayıram. Çox təəssüf edirəm ki, ölkədə aktyora layiqli dəyər verilmir. Həmişə belə olub. 16 ildir bu sahədəyəm. Dəyər verilmir, verilməyəcək də. Ona görə depressiyadayam. İki layihəm gələn ay təqdim olunacaq. Ondan sonra Allaha pənah".

Qeyd edək ki, 36 yaşlı Rüstəm Cəbrayılov “Best model of the world” müsabiqəsinin qalibidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir