Şou-Biznes

Məşhur müğənniyə xarici kəşfiyyata işləmək İTTİHAMI

Sharing is caring!

Rusiya “Təhlükəsizlik və korrupsiya ilə mübarizə” federal layihəsinin rəhbəri Vitali Borodin Xalq artisti Alla Puqaçovanın xarici kəşfiyyat idarələrinə işlədiyini söyləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu bəyanatı NTV kanalında yayımlanan “Görüş yeri” proqramında verib.

Borodin Puqaçova ilə yanaşı repçi Morqenştern, videologer Yuri Dudun da adlarını çəkib. 

“Niyə bu adamlar Rusiya çətinə düşə kimi xaricə qaçdılar? Deməli, illər boyu kənardan əmr alıblar. Mən bu sözü deyirəmsə, elə belə demirəm”,- Borodin qeyd edib.

 Qeyd edək ki, Alla Puqaçova bir neçə ay öncə İsrailə köçdüyünü bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir